tox
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
tox
I. sif.
1. Aclıq hiss etməyən, yeməyə ehtiyacı olmayan, yeyib doymuş (ac ziddi). Tox adam. – Təranə deyir: – Toxam; Yemək istəmirəm mən. R.Rza. • Tox olmaq – yeyib doymaq, daha yemək istəməmək, ac olmamaq. Tox oldu, ac qarınlar cümlə doldu. S.Ə.Şirvani. // İs. mənasında. Toxun acdan nə xəbəri. (Məsəl).
2. Bəslənmiş, yedirdilmiş, bəslənib kökəldilmiş, yeyib doymuş. Tox inəklər quyruqlarını bulaya-bulaya tənbəl-tənbəl yeriyirdilər. İ.Hüseynov.
3. məc. Firavan yaşayan, dövlətli, varlı. Tox adam. Tox (z.) yaşamaq. // məc. Özündənrazı, lovğa, harın. Rüxsarə xanım Kərbəlayı Səfdərin tox və harın sifətini görüb bir söz demədi, ətrafına göz gəzdirdi. T.Ş.Simurq.
4. məc. Təngə gəlmiş, çiyrənmiş, doymuş. “Sözdən, məhəbbətdən toxam” – dedin; İndi də sən məndən həyat istədin. B.Vahabzadə. ‣ Gözü tox olmaq – bax. göz. Özünü tox tutmaq (saxlamaq) – özünü saxlamaq, özünü sındırmamaq.
II. sif. Rəng adlarının əvvəlinə gəlib tündlük mənası verir; tünd. Tox qırmızı.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
tox
I. doymuş
{doymuş}
II. dolgun, məzmunlu
{dolu, içerikli}
III. tünd (rəng haqqında)
{koyu (renk hakkında)}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
tox
koyu, tok
Sahaca—İngilizce Sözlük (Straughn, 2006)
tox-
v. to pour, spill, throw out