tirə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
tirə
I. is.
1. Nəsil, tayfa. [Dadaş Lələşov:] El bilir ki, onların törəməsi ilə bizim tirə əmiuşağı olubdur. S.Rəhimov.
2. Bir-biri ilə düşmənçilik edən və ya yola getməyən dəstələrdən hər biri. Naxçıvan əhli, demə, üç tirədir, beş tirədir. Ə.Qəmküsar. Əlləri xəncərli və qılınclı qumuqlar iki tirə olub, bir-birinə soxulmaq istəyirdilər. Çəmənzəminli.
II. is.
1. Arx, xəndək və s.-nin kənarlarında tökmə torpaq; azacıq hündür yer, təpəcik, təpəlik, dikdir. Çayırlı tirə. // Bölmə, bölüm, blok.
2. Qıraq, kənar. Pəncərə tirəsində oturduqda [Həmzənin] gözü fikirli-fikirli bir kənarda dayanmış Qadirə sataşdı. Ə.Əbülhəsən.