taxta
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
taxta
is. [fars.]
1. Şalbandan mişarla kəsilmiş çox qalın olmayan yastı ağac parçası. Ağacdan taxta kəsmək. – Zalın baş tərəfində sadəcə şam taxtalarından qayrılmış hündür, enli bir bufet vardı. M.Hüseyn. [Direktor] addımını atdıqca döşəmənin taxtaları cırıldayırdı. B.Bayramov. // Taxtadan qayrılmış, taxtadan olan. [Bürcəliyev:] Hamısı biclikdir, – deyə, taxta çarpayıdan ayağa qalxdı. S.Rəhimov. Qabaqda İmran kişi, onun ardınca Tahir taxta pilləkənlə ikinci mərtəbəyə qalxıb, balkonla sola doğru getdilər. M.Hüseyn.
2. Taxtadan qayrılmış qapı, pəncərə və s. tayı, layı. Xasay lampanı söndürdü, pəncərənin o biri taxtasını da atdı. M.Hüseyn.
3. Hər hansı bir məqsəd üçün taxtadan hazırlanmış lövhəcik və s. Çertyoj taxtası. Şahmat taxtası. Yazı taxtası.
4. Parça (qumaş) zolağı. Üç taxtadan tikilmiş yorğanüzü. – Göyərçin üstdən on iki taxta, ayağı yaşıl lentli tuman geymişdi. S.Rəhimov. [Nənə:] Bir gör nə deyirəm, ay qız, neçə taxtadan bir tuman çıxardı. Mir Cəlal. // Torpaq zolağı. Bu taxtada darı əkiləcək. ‣ Taxta kimi – çox arıq, bir sümük, bir dəri. Əlləzoğlu taxta kimi quru ovcunu qorun üstünə basıb cəld yerə atıldı. İ.Hüseynov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
taxta
I. lövhə
{levha}
II. ağac
{ağaç}
III. parça, hissə
{parça, bölüm}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
taxta
ahşap, tahta
Özbekçe—İngilizce Sözlük (Dirks, 2005)
taxta
(Persian) board; blackboard; board used for memorizing the ~ga tush- to fall to memorizing the shahmat ~si chess board. ~ bo'lib qol- or ~day qotib qol- to become stiff (with fright, etc.). ~ga ol-/tort- to put on the rack.
Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)
taxta
f. Tahta. Sinip taxtisi – Sınıf tahtası. Qara taxta – Kara tahta; yazı tahtası. Shahmet taxtisi – Satranç tahtası. Ash taxta – Mutfak tahtası. Taxta tömür – Varak demir. Taxta chay – Tablet çay.