turklehceleri.org

tapşırıq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

tapşırıq

is.
1. Tapşırılmış şey, yerinə yetirilməsi, ifa və ya həll edilməsi bir vəzifə olaraq həvalə edilmiş iş, məsələ və s. İctimai tapşırıq. Partiya tapşırığı.
2. İşin qabaqcadan müəyyən olunmuş və ya göstərilmiş həcmi. İstehsalat tapşırıqları. – ..Briqadirlər sabahkı iş üçün fikirləşir, manqabaşçıları səhərki tapşırığı üzvlərinə xəbər verirlər. Ə.Vəliyev. // Dərsdənkənar vaxtda öyrənmək və ya həll etmək üçün şagirdlərə verilən dərs. Həndəsədən tapşırıq. Ev tapşırığı. Tapşırığı yazmaq. // Göstəriş, əmr, sərəncam. Direktorun tapşırığı. – [Xanlar:] Mən atamın tapşırığını yerinə yetirməyə çalışaram, – dedi. S.Rəhimov. // hərb. Operativ vəzifə. İskəndər Quliyev döyüş tapşırığını döyüşçülərə başa saldıqdan sonra qərargaha qayıtdı. Ə.Vəliyev.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

tapşırıq

I. vəzifə, məqsəd
{vazife, maksat}

II. öyüd, nəsihət
{öğüt, nasihat}

III. əmr, buyuruq, tə’limat
{emir, buyruk, talimat}

IV. çalışma, təmrin
{çalışma, iş}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

tapşırıq

ısmarlama


Son arananlar: