turklehceleri.org

tanış

Türkiye Türkçesi – Tatarca Sözlük (Ganiyev, 1998)

tanış

и. таныш

Arı Duru Türkçe – Türkiye Türkçesi Sözlüğü (Kuleli)

tanış

1. Aşina
2. Bildik, Tanıdık

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

tanış

sif.
1. Tanışlığı olan, əvvəllər görüşmüş, bir-birini tanıyan. İndidən hər kəs ki tanış kəndlilərindən birinə rast gəlir, qaçıb kəndlinin qabağını kəsib deyir. C.Məmmədquluzadə. [Şükür] nazir ilə tanış bir parlaman üzvü tapdı. S.Hüseyn. // is. Tanış adam. Rast gəlir yenə də dostlar, tanışlar; Görüşür əl verib, öpüşürük biz. S.Vurğun. Qəhrəmanın Bakıda tanışı yox idi. Ə.Vəliyev. • Tanış etmək – 1) iki və ya bir neçə adamı birbirinə təqdim edərək aralarında tanışlıq yaratmaq. [Murad] məni yoldaşı Badisəba xanımla tanış etdi. Çəmənzəminli. [Gülsabah Qüdrətə:] Siz məni heç kəslə tanış etmədiniz, hamısını bir-bir özüm soruşmalıyam? C.Cabbarlı; 2) bir şey haqqında məlumat verərək, danışaraq, göstərərək birində təsəvvür oyatmaq, məlum etmək. Döyüşçüləri vəziyyətlə tanış etmək. Tanış olmaq – 1) birisi ilə və ya bir şeylə tanışlıq əldə etmək, bir-birini tanımaq, aralarında ülfət yaranmaq. [Balaş:] Xalq öz işində, gücündə, gedim tutum ki, gəl mənim arvadım [Dilbər] ilə tanış ol? C.Cabbarlı. Siz kənarda dayanmayın, bir yaxın gəlin; Qayıqdakı üç nəfərlə tanış olaq biz. Ə.Əlibəyli; 2) bir şey haqqında məlumat almaq, bilik əldə etmək, bələd olmaq. Klassik musiqi ilə tanış olmaq. – İş ilə tanış olandan sonra Vahidi axırıncı dəfə rəis özü dindirdi. Mir Cəlal.
2. Qabaqlar təsadüf olunmuş; məlum, bələd. Tahir .. tanış həyətlərə göz gəzdirir, qohum-əqrəbaya rast gələcəyini düşünədüşünə irəliləyirdi. M.Hüseyn. Tanış bir səs nagahani bir zərbə kimi [Gülnazı] sarsıtdı. M.İbrahimov. ‣ Tanış gəlmək – qabaqlar tanış olduğu halda yaxşı tanıya bilməmək, tanış kimi görünmək. Bu səs Məmmədə tanış gəldi. M.S.Ordubadi. Qadının yerişi, bədəninin hərəkəti mənə tanış gəlirdi. S.S.Axundov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

tanış

bəled
{bildik}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

tanış

aşina, bildik, tanıdık

Karaçay-Malkarca – Türkiye Türkçesi Sözlüğü (Nevruz, 1991)

tanış

tanış, tanıdık, bildik, dost. ~ cerle: bildik yerler, ~ adam: tanıdık adam, anda ~larım köpdü: orada tanıdıklarım çok, men anı bıla ~ tülme: ben onunla bildik değilim, ol meni igi ~ımdı: o benim iyi dostumdur, ~ etmek: tanıştırmak, tanış-manış: tanıdık manıdık.


Son arananlar: