sənəd
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
sənəd
is. [ər.]
1. Bir şeyi, faktı təsdiq, bir şeyə olan hüququ sübut edən rəsmi kağız. Arxiv sənədləri. – C.Məmmədquluzadənin təsvirinə və tarixi sənədlərə görə o zaman Azərbaycan dilində qəzet çıxarmaq çox çətin məsələ imiş. M.İbrahimov.
2. Təqdim edənin şəxsiyyətini təsdiq edən vəsiqə. Tələbənin sənədlərini yoxlamaq. – Dərs hissəsi müdiri sənədləri alıb nəzərdən keçirdi, başını qaldırıb onun üzünə gülümsədi. S.Rəhimov. Axırda qət olundu ki, tədqiqat getsin, Vahidin sənədlərini yoxlatmaq direktora tapşırılsın. Mir Cəlal.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
sənəd
vəsiqə, kağız
{vesika, kâğıt}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
sənəd
belge, evrak, senet, tezkere, vesika