turklehceleri.org

səndələmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

səndələmək

f. Müxtəlif səbəblərdən müvazinəti itirərək, ayaq üstə dura bilməyib yırğalanmaq. Səlim sillənin zərbindən səndələdi. M.İbrahimov. [Firuz] müvazinətini itirərək yerində səndələdi. Ə.Məmmədxanlı. səndələyə-səndələyə zərf Yıxıla-dura, yırğalana-yırğalana, o yan-bu yana əyilərək. Məmiş kişi də mənim xətrimi çox istəyir – deyə, Səməd səndələyə-səndələyə Əlləzoğluna sarı yeridi. İ.Hüseynov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

səndələmək

yırğalanmaq, yellənmək, tərpənmək
{sallanmak, rüzgârlanmak, dalgalanmak}


Son arananlar: