turklehceleri.org

sığal

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

sığal

is. [ər. seyqəl]
1. Bir şeyin üzərinə əlini yavaş-yavaş gəzdirmək və ya ona xəfif-xəfif toxundurmaqla öz sevgisini, nəvazişini göstərmə. • Sığal çəkmək məc. – oxşamaq, tumarlamaq, sığallamaq. Meh sığal çəkən zaman aqronomun telinə; Bir ovuc torpaq aldı o, fərəhlə əlinə. M.Rahim. Dağların küləyi, bağların mehi; İncik ruhumuza bir sığal çəkir. B.Vahabzadə.
2. Cila, süs, bəzək. • Sığal vermək (vurmaq, çəkmək) – bəzək, süs vermək, yaraşıq üçün saçlarına, üst-başına səliqəli görkəm vermək. Canan sığal vurub çıxır otaqdan; Nə gözəl yaraşır bu gediş ona. S.Vurğun. O, fikrində bu məsələni vuruşdurduğu zaman Qərənfil Nərgizə sığal verdi. Ə.Vəliyev. Gözə sürmə, tellərinə sığal çək; Sənə heyran olub çəmən, gül, çiçək. A.Şəmşir.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

sığal

I. tumar
{tımar}

II. cila, süs, bəzək
{cila, süs, ziynet}


Son arananlar: