turklehceleri.org

sürət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

sürət

is. [ər.]
1. Hər hansı bir hərəkətin itilik, tezlik dərəcəsi; çapıqlıq. Qaçışın sürəti. Səsin sürəti. Uçuşun sürəti. – Ay saf göydə öz gediş sürətini artırmamış, ağ pambıq kimi seyrək buludlar onu gəlin aparan kimi əhatə etmişdilər. H.Nəzərli. Maşın get-gedə sürətini artıraraq yağ kimi sürüşürdü. S.Rəhman. • Sürət qatarı – böyük sürətlə işləyən, çox iti gedən qatar. // Hər hansı prosesin, işin gedişindəki tezlik dərəcəsi. Əqrəbin sürəti. Hesablamanın sürəti. Atışın sürəti.
2. fiz. Cismin keçdiyi yolun müvafiq saata olan nisbəti. Sürət vahidi. Sürətin hesablanması.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

sür’ət

tezlik, itilik, yeyinlik
{tezlik, keskinlik, çabukluk}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

sürət

hız, sürat, tempo, vites


Son arananlar: