soxmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
soxmaq
f.
1. Bir şeyin altına, içərisinə, arasına və ya dalına qoymaq, daxil etmək; dar bir yerin içinə qoymaq. Parçanı dolaba soxmaq. – [Qız] məni görüncə yazdığı kağızı kitab altına soxub qalxdı. M.S.Ordubadi. Döşəyini söküb paketi yunların arasına soxdu. H.Nəzərli. // Zorla soxmaq, dürtmək. Dadaşım məni qalağın içinə soxandan sonra özü də başını uzatdı içəri.. C.Məmmədquluzadə. • Özünü soxmaq – zorla girməyə çalışmaq, özünü təpmək, dürtmək, girmək, soxulmaq. Bir bəhanə gətirməklə özünü o arvad, qız olan məhəlləyə soxardı. R.Əfəndiyev. [Gülsüm] birtəhər itdən xilas olub, özünü çörək təndirinə soxdu və dəmir sacı başına çəkdi. Çəmənzəminli.
2. Salmaq. Əlimi hinə soxub suyun içindən cücələrin cəmdəklərini bir-bir çıxartdım. A.Şaiq. [Əşrəf] əlini sürətlə cibinə soxaraq təhdidamiz: – Musa! – qışqırdı. H.Cavid.
3. Batırmaq, saplamaq, keçirmək. Elə bil qıçıma şiş soxdular.
4. Bir sıra sözlərə qoşularaq müxtəlif ifadələr düzəldilir; məs.: baş soxmaq, gözə soxmaq, burun soxmaq.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
soxmaq
dürtmek, basmaq, qoymaq, tıxamaq, pərçimləmək, yerleşdirmək, təpilmək, tıka girdirmək, batırmaq, sancmaq, girmək
{dürtmek, basmak, koymak, amak, sıkılamak, yerleştirmek, tepmek, girdirmek, batırmak, iliştirmek, girmek}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
soxmaq
çivilemek, sokmak