turklehceleri.org

sovuşmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

sovuşmaq

f.
1. Getmək, keçmək, uzaqlaşmaq, çəkilmək (nəzərə çarpmadan). Arabir səkilərlə keçənlər mühüm bir işi olan adamlar kimi küçələrdən tez sovuşub gedirdi. A.Şaiq. Rüxsara bir şey edir kimi, çiyinləri üstündən geriyə baxdı, gödək tumanlı bir qaraltı sağdan sovuşub yuxarıya ötdü. S.Rəhimov. // Əkilmək, sivişmək, yayınmaq, xəlvəti qaçmaq. Balaca Sabir günorta yeməyini yeyib sovuşdu. S.Rəhimov.
2. Ötmək, keçmək; keçib getmək, ötüb keçmək. [Axund:] Hərçənd ki, az qalmışdı aralıqda güllə mənə dəysin, amma şükür Allaha ki, xata yandan sovuşdu. B.Talıblı. [İlyas Adiləyə:] Beləliklə, ilk fəlakət sovuşdu, yoxsa hər ikimiz uçuruma aşıb məhv olacaqdıq. Ə.Məmmədxanlı. // Eyni zamanda vaxt, zaman, mövsüm haqqında. Həftə sovuşdu, getdi; Ay gəldi, başa çatdı. R.Rza.
3. Dayanmaq, ara vermək, kəsmək, keçmək, ötmək. Qoy yağış sovuşsun, sonra söylə! Ə.Vəliyev.
4. məc. Yaddan çıxmaq, unudulmaq; yox olmaq, keçib getmək. Amma o duyğu tez sovuşdu məndən; Vallah, gərək başın düşsün bədəndən. A.Səhhət. [Bəhram:] Bəhram, qorx! Qorx öz vicdanından! Sən ki Saranın xatiri üçün bu işə iqdam etmişdin, nə tez sovuşdun! C.Cabbarlı. Pirinin dilxorluğu bir anda sovuşdu. İ.Əfəndiyev.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

sovuşmaq

sürüşmək, əkilmək, yayılmaq, sivişmək, qaçmaq
{sürüşmek, ekilmek, yayılmak, sıvışmak, kaçmak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

sovuşmaq

sıvışmak


Son arananlar: