sayıqlamaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
sayıqlamaq
f.
1. Huşunu itirmiş halda və ya yuxuda ikən rabitəsiz, aydın olmayan sözlər danışmaq. Bütün gecəni sayıqlamaq. – Anaxanım gecə [xanın] yuxuda sayıqladığını .. dəfələrlə eşitmişdi. Çəmənzəminli. Birinci günlər Yaqut qızdırma içərisində sayıqlayır, yavaş-yavaş gözlərini açırdısa da, lakin heç kəsi tanımırdı. Ə.Məmmədxanlı.
2. məc. Ağlına gələni danışmaq, rabitəsiz, məzmunsuz sözlər danışmaq; sarsaqlamaq. [Xacə Nizam:] Kimdir bu? Neçin böylə sayıqlar? H.Cavid.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
sayıqlamaq
sərsəmləmək
{sersemlemek}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
sayıqlamaq
sayıklamak