turklehceleri.org

sayıq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

sayıq

sif. və zərf
1. Öz işində, hərəkətində ehtiyatlı, gözüaçıq, ayıq, oyanıq olan, sərvaxt. Sayıq adam. – Hər cəbhədə ayıq, sayıq; Əsgər kimi durmalıyıq. S.Vurğun. Bizdən tələb edir quruluş; Belə sayıq yaşamağı. M.Rahim. • Sayıq olmaq – işində, hərəkətində ayıq olmaq, ehtiyatlı olmaq, sərvaxt olmaq. Nəbi deyir: sayıq olun, yatmayın; Düşmənə havayı güllə atmayın. “Qaçaq Nəbi”. [Gözətçi:] Ancaq ehtiyatlı və sayıq olmaq lazımdır. H.Nəzərli.
2. məc. Dərin olmayan, yarıyuxulu, yarıayıq. [Göyçək] sayıq yatmalı idi.. Ə.Əbülhəsən. Reyhan tez-tez oyanaraq; Gecəni çox sayıq yatdı. M.Dilbazi.


Son arananlar: