turklehceleri.org

sayrışmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

sayrışmaq

f.
1. Titrək, zəif işıq saçmaq, parlamaq, şəfəq buraxmaq. Məğrib səmtində hələ ulduzlar göy üzündə sayrışırdı. F.Köçərli. Gecə idi, göydə ulduzlar sayrışırdı. S.Rəhman. Bir-birinə sığınan ulduzlar sayrışmağa başladı. B.Bayramov. // məc. Bəlirmək, görünmək. Ana! Bayaq gördüm Mehribanıtək; Üzündə sayrışır xalları tək-tək. S.Vurğun. Sənin gözlərinmi gənclik çağında; Yoxsa nərgizlərin sayrışıb oynar? M.Müşfiq. Payızın sonu olduğuna baxmayaraq, evlərin qarşılarındakı bağçalarda al-əlvan güllər, çiçəklər sayrışırdı. M.Rzaquluzadə.
2. Qaçışmaq mənasında. Naşı ovçu bərə bəklər, əylənər; Marallar sayrışar yollara doğru. “Qurbani”.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

sayrışmaq

I. parıldamaq, işıldamaq
{parıldamak, ışıldamak}

II. titrəmək, səyrimək
{titremek, seğirmek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

sayrışmaq

parlamak


Son arananlar: