turklehceleri.org

sayaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

sayaq

I. zərf Bənzərlik bildirir: cür, kimi, tərzdə, vəziyyətdə, qaydada. Paltarlarının hamısını usta Ağabala topladı, dolma bükülü sayaq bir fitəyə büküb qoydu səkiyə. Çəmənzəminli. [Nəcminin] on dörd yaşlı ikinci oğlu Şirin hələ bu yaşdan karikatura sayaq şəkillər çəkirdi. Ə.Əbülhəsən. • Ayrı (özgə) sayaq – başqa cür, ayrı cür. Çünki qarı bildi bu keyfiyyəti; Özgə sayaq oldu onun niyyəti. A.Səhhət. Məşədibəyin və atalarının hər dəqiqə halını-əhvalını soruşduğu bu qonaq, deyəsən, ayrı sayaq adamdı. M.Hüseyn. Bir sayaq – birtəhər, bir cür, bir növlə. Bunların hamısına [müxtəlif ağır işlərə] yenə bir sayaq tab gətirmək olar, bunlar demək olar ki, dərdin yarısıdır. F.Köçərli. Bu sayaq – bu cür, bu təhər, bu qayda ilə. [Əsgər:] Yox, mən bu sayaq evlənmək istəmirəm. Ü.Hacıbəyov. İyirmi beş il bu sayaq bənnəlikdə çalışıb da, [Kərbəlayı Əzim] ad qazana bilmişdi. T.Ş.Simurq. Qabaqkı (əvvəlki, köhnə) sayaq – əvvəllərdə (qabaqlarda, keçmişdə) olduğu kimi, keçmiş kimi. ..Həkim [Molla Abbasın da] üz-gözünə qabaqkı sayaq baxdıqda Molla Abbas birdən “pıqq” eləyib göyə tullanır.. C.Məmmədquluzadə. Hər tərəfdə durur işlər elə əvvəlki sayaq. Ə.Nəzmi. Nə sayaq – necə, nə cür, nə təhər. Kassio dəsmalı tapıb çox heyrətə düşür ki, bu dəsmal nə sayaq və haradan onun otağına düşübdür. F.Köçərli. İndi mən bildim ki, qızların həyat məsələsi nə sayaq həll olunurmuş. T.Ş.Simurq.

II. bax. sayıq 2-ci mənada. [Halaypozan] özü də elə sayaq yatardı ki, lap sərçə kimi. “Koroğlu”. Çadırlar uyqudadır, atanlar orda sayaq; Gəray bəyin yanında yalnız Cəlaldır oyaq. S.Vurğun. • Sayaq durmaq – diqqətli olmaq, sayıq olmaq, ayıq olmaq. Mənim göz olduğum sayaq durduğum dünyada; Mümkünmüdür səni salmamaq yada? M.Rahim.

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

sayaq

Serseri, avare, boşta gezen.


Son arananlar: