sandıq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
sandıq
is. [ər. sənduq]
1. İçərisinə paltar və başqa şeylər qoymaq üçün taxtadan qayrılıb, üzəri dəmirlə işlənmiş, açarla açılıbbağlanan qapaqlı iri uzunsov qutu (keçmişdə üstünə yorğan-döşək yığılardı). Otağın divarlarındakı camaxatanda böyük sandıqların üstə ipək, zərzər üzlü əlvan yorğan-döşəklər və qu tüklü balışlar düzülərdi. H.Sarabski. Ağır sandıq seçmə parçalarla dolu idi. Mir Cəlal.
2. xüs. Silahlarda patron, müxtəlif cihazlarda bir cür şeylər qoyulan qutu, borucuq və s. Fotoaparatın sandığı. Pulemyotun sandığı. ‣ Sandıq ədəbiyyatı zar. – nəşr edilməsi mümkün olmayan, heç kəsə lazım olmayan, zəif əsərlər haqqında. [Qız:] Müəllimimiz deyir ki, bundan sonra atanın o sandıq ədəbiyyatını oxumağı sənə qadağan eləyirəm. S.Rüstəm.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
sandıq
mücrü
{küçük sandık}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
sandıq
sandık