rəngbərəng
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
rəngbərəng
(=rəngarəng) sif. [fars.]
1. Müxtəlif rənglərdə olan; müxtəlifrəngli, əlvan. Rəngarəng pəncərələrdən içəri düşən işıq məbədin daxili gözəlliyini bir qat daha artırmışdı. Çəmənzəminli. Bağban gəlib salam verdi və bir dəstə rəngbərəng qərənfilin bir hissəsini qonağa, bir hissəsini də mənə verdi. T.Ş.Simurq.
2. Cürbəcür, müxtəlif, növbənöv, müxtəlifnövlü. Pişxidmətlər rəngarəng təamlar hazır etdilər. M.F.Axundzadə.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
rəngbərəng
ala