turklehceleri.org

rövnəq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

rövnəq

is. [ər.] klas. Parlaqlıq, gözəllik, zinət; lətafət, təravət; işıq. Gülşənin rövnəqisən, zinəti bağü çəmənin. M.P.Vaqif. Nədən qəhrəmanım çıxmayır düzə? Rövnəq deyilmidir günəş gündüzə? M.Rahim. • Rövnəq tapmaq – daha da gözəlləşmək, təravətlənmək, parlaq olmaq. Ömür rövnəq tapır könül güləndə; İnsanın qədrini insan biləndə. S.Vurğun. Yarandı qardaşlıq, bir də məhəbbət; Könül rövnəq tapdı, qəlb işıqlandı. Aşıq Şakir. Rövnəq vermək – 1) bir şeyin gözəlliyini, parlaqlığını, yaraşıq və lətafətini artırmaq; gözəlləşdirmək, zinətləndirmək. Oxuyur hər biri beş-altı vərəq; Sonradan saqqala verir rövnəq. S.Ə.Şirvani. Ömrümə rövnəq verən, minnətsiz minnət çəkən, ağrıma dözən Ruqiyyə idi, Ruqiyyə... A.Divanbəyoğlu. Eşqin qüdrətlidir... Bu eşq ilə sən; Qara torpağa da rövnəq verərsən. B.Vahabzadə; 2) qüvvət vermək, rəvac vermək, daha da inkişaf etdirmək. İbrahim günü-gündən ticarətinə rövnəq verib böyük bir tacir oldu. (Nağıl). Rövnəqdən düşmək – gözəlliyini itirmək, təravətdən düşmək, əvvəlki gözəlliyini, təravətini, lətafətini, parlaqlığını itirmək. Buradan nə qədər gül-çiçək dərsəydilər, yenə də gülşən rövnəqdən düşməzdi. M.Hüseyn. Eyşü işrət məclisi, əlbəttə, rövnəqdən düşər; Naleyi-ney, şuri-mütrüb, nəğmeyi-tar olmasa. Ə.Vahid. Rövnəqdən salmaq – 1) təravətini, gözəlliyini pozmaq; 2) məc. yayılmağa, inkişaf etməyə qoymamaq. Təziyə məclislərini rövnəqdən salmaq məqsədilə kinolar və sair ictimai əyləncələr təşkil edilsin. M.S.Ordubadi. Rövnəqi pozulmaq – bax. rövnəqdən düşmək. Rövnəqi pozulub otağımızın; Ziyası qalmayıb çırağımızın. Q.Zakir.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

rövnəq

I. parlaqlıq, gözəllik, lətafət
{parlaklık, güzellik, letafet}

II. bəzək, zinət, dəbdəbə, cah-cəlal, gözəllənmə
{süs, ziynet, gösterişlilik, ihtişam, güzellik}


Son arananlar: