qəzetçi
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qəzetçi
is.
1. Qəzet nəşr edən, qəzet sahibi, yaxud mühərriri. Mənə hər qəzetçi bərəldir gözün; Yazır hey qəzetlərdə məktəb sözün. M.Ə.Sabir. Qəzetçi bir elə şəxsdir, ağlı, kəmalı cəhətcə yaxşı əhvalatlar, yaxşı xəbərlər yığıb çap eləyib dağıdar o yan-bu yana. C.Məmmədquluzadə.
2. Qəzet işçisi, qəzet müxbiri.
3. bax. qəzetsatan.