qərib
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qərib
sif. [ər.]
1. Yad yerdə olan, qürbətdə yaşayan, özgə yerli, gəlmə. Dünən görürdüm ki, qərib osmanlılar qaçırlar konsulxanaya ki, təzə sultanın taxta çıxmasından yana konsula “mübarək olsun” desinlər. C.Məmmədquluzadə. Deyirlər ki, qərib yolçu bu yerlərdən keçəndə; Diksinərmiş yırtıcıdan, vəhşi heyvan səsindən. R.Rza. Bu yad, qərib ozanın ağzından öz adını eşidəndə Banuçiçək diksindi. M.Rzaquluzadə.
2. Yad, özgə, tanış olmayan. Yox, qardaşım, bizi dartıb qərib vilayətə apardığın yetər, daha bunu vermərəm, – deyə anam dayımın təklifini rədd etdi. S.S.Axundov.
3. İs. mənasında. Qərib adam, gəlmə, başqa yerli. Lütfünlə mən qəribə, ey mah, qıl nəzarə. Heyran xanım. Fəhlə qardaş, nə tikilir bu qum çölündə? – Qəribmisən, nəsən, oğul? Şəhər salırıq. Ə.Cəmil.
4. Kimsəsiz, biçarə, yazıq, zavallı.
5. bax. qəribə. Burada gecələrin qərib səsi var; Könlümün incə bir kəmənçəsi var. S.Vurğun. [Müəllim] Əsədlə Mahmud əmiyə izahat vermək üçün bu əcib və qərib əlamətə fənni və elmi bir məna arayıb onları və həm də özünü ovutmaq fikrinə düşdü. B.Talıblı. Fərman görkəmi və qərib vəziyyəti ilə bu gənclərin diqqətini özünə cəlb etdi. Ə.Sadıq.
6. məc. Həzin, hüzn gətirən. Qərib qış axşamları yolları qar basanda; At sürüb bir şenliyə, gecələdim Muğanda. Ə.Cəmil. qərib-qərib zərf Yazıq-yazıq, məzlumməzlum, həzin-həzin, yanıqlı-yanıqlı. Qərib qərib durduq biganələr tək; Soyuq-soyuq baxdıq divanələr tək. M.P.Vaqif. İnəklərin qərib-qərib mələməsi naxırın kəndə dolduğunu, günün batdığını xəbər verirdi. M.İbrahimov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qərib
I. gəlmə
{gelme}
II. kimsəsiz, biçare, yazıq, zavallı
{kimsesiz, çaresiz, güçsüz, zavallı}
III. həzin
{üzüntülü}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qərib
gariban