qəndil
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qəndil
is. [ər.] Asma lampa. Körpünün daş qapıları və yüz arşın ucalığındakı tağlar minlərcə qəndillərin əlvan şəfəqləri altında parlayırdı. M.S.Ordubadi. Oğlan cəld onu [qadını] qaldırıb əmr etdi ki, tavandan asılmış beşçıraqlı qəndili düşürüb ona versinlər. Ə.Haqverdiyev. Küncdə yanan qəndilin zəif titrək işığında zirzəmi hərəkət edən kölgələrlə dolu görünürdü. M.Rzaquluzadə.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qəndil
lampa, çıraq
{lamba, ışık}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qəndil
kandil