turklehceleri.org

qənaət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qənaət

is. [ər.]
1. Bir şeyi ehtiyatla, sərfəli və səmərəli işlətmə, artıq işlətməmə, israf etməmə. Qənaət etmək. Qənaət üsulu. Materiala, yanacağa və elektrik enerjisinə qənaət edin! Sahələrin düzgün hamarlanması .. suvarma zamanı suyu qənaətlə (z.) işlətmək imkanı yaradır. • Aza qənaət etmək – əlində olan azacıq şeylə kifayətlənmək, qənaətlə dolanmaq. Hamı öz xırdaca təsərrüfatları ilə aza qənaət edib, dinc və sakit bir ömür keçirirdilər. M.Rzaquluzadə. // Bir şeyin ehtiyatla, sərfəli və səmərəli işlənməsi, israf edilməməsi nəticəsində əldə edilən xeyir, fayda. Yanacaq sahəsində böyük qənaət var. Sənayemiz əldə etdiyi qənaət hesabına əlavə olaraq milyard manatlıq artıq məhsul buraxmışdır.
2. Kifayətlənmə, qane olma. • Qənaət etmək – kifayətlənmək, qane olmaq. Bununla qənaət etmək lazımdır. Onun dedikləri ilə qənaət etmək olmaz. – Saqi, şərabımız qutarır, yarıdır gecə; Bir az qənaət eylə, səbuhi-xumar üçün. Ə.Vahid.
3. Fikir, yəqinlik. Belə bir qənaət var idi ki, artist mütləqa suflyor altında getməlidir. S.Rəhman. • Qənaətə gəlmək – yəqin etmək, qəti fikrə gəlmək, nəticəyə gəlmək.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qənaət

fikir, yəqinlik
{düşünce, inanç}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qənaət

kanaat, kanı, tutum


Son arananlar: