qələbə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qələbə
is. [ər.]
1. Qalibiyyət; müharibədə, döyüşdə tam müvəffəqiyyət. Qələbə bayramı. Düşmən üzərində qələbə. Qələbə ilə qayıtmaq.
2. Bir şey uğrunda mübarizədə əldə edilən müvəffəqiyyət, mübarizə nəticəsində bir şeyin tam həyata keçirilməsi. Tam və qəti qələbə. İstehsalat qələbələri. – Qələbə bayrağı qaldırıb yenə; Əmək cəbhəsinin qəhrəmanları. O.Sarıvəlli. // Yarışda, oyunda, mübahisədə və s.-də üstünlük, böyük nailiyyət, müvəffəqiyyət. Futbol oyunu neftçilərin qələbəsi ilə nəticələndi. • Qələbə qazanmaq (əldə etmək, çalmaq) – qalib gəlmək, üstün gəlmək. [Dilarada] ədalətin, haqqın qələbə çalacağına möhkəm bir etiqad vardı. M.İbrahimov.
3. “Qələbəsindən” şəklində köhn. – üstünlüyündən, çoxluğundan, artıqlığından, şiddətindən, çox olmasından, təsirindən. Münəvvər məcburiyyətin qələbəsindən bozarmış anasının qabağına düşüb getməyi ixtiyar etmişdi. M.S.Ordubadi.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qələbə
zəfər, qalibiyyət
{başarı, galibiyet}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qələbə
zafer