turklehceleri.org

qışla

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qışla

is.
1. Əsgəri hissələri yerləşdirmək üçün böyük bina; qazarma. Şəhərə buraxılan qoşun dəstələri bu gün öz qışlalarına çəkilmişdi. M.S.Ordubadi. Bu, qışladan bir neçə yüz metr qədər dalda olan bacanın suyu idi. Ə.Əbülhəsən.
2. Fabriklər yanında fəhlələr üçün ümumi yaşayış evi. Araz yoldaşlarını görmək məqsədi ilə evdən çıxıb, fəhlə qışlasına getmək istəyirdi. A.Şaiq. Buyurun, baxın, görək bunlar təzə şəhər evlərinə oxşayır, yoxsa adi bir qışlaya. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qışla

qazarma
{askerlerin barındığı alan}


Son arananlar: