qızırğanmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qızırğanmaq
(=qızırğamaq) f. Müzayiqə etmək, əsirgəmək, heyfi gəlmək, xəsislik etmək, verməyə əli getməmək, bir şeyi başqasına çox görmək. Utanmırsan, 9 manatı qızırğanırsan, sənin yanında bizim doqquz manatlıq da xatirimiz yoxdur? C.Məmmədquluzadə. [Gülpəri:] Hərgah istəyirsən ki, iş düzəltsin, gərəkdir ki, pula qızırğanmayasan. N.Nərimanov.