turklehceleri.org

qızmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qızmaq

I. f.
1. Bərk istilik almaq, hərarət almaq, çox istilənmək, hərarəti artmaq. Su qızmamışdır. Havalar getdikcə qızır. – Qızdı günəş, əsdi isti yellər; Qarlar əridi, axışdı sellər. A.Şaiq. ..Otağa cənub küləyinin ilıq şüaları dolur, beləliklə, ev bir az daha qızırdı. Ə.Əbülhəsən.
2. məc. Hirslənmək, hiddətlənmək. ..Bakıya dönməyi israr və təkid edərkən rədd cavabı alınca [Əhməd] qızaraq: – Bilmirəm, bu nə ölümdür... – demişdi. A.Şaiq. Əşrəf, anasının bu böyük xəbəri etinasız qarşılamasına qızdı. Mir Cəlal.
3. məc. Qızışmaq, coşmaq. Çırmanırıq keçməyə çay gəlməmiş; Başlayırıq qızmağa yay gəlməmiş. M.Ə.Sabir.

II. f. dan. İnanmaq, etibar etmək, bel bağlamaq, xatircəm olmaq, arxayın olmaq (çox vaxt “ürəyi” sözü ilə bərabər). Ona heç qızmaq olmur. – [Şəhrəbanı xanım:] De görüm, ürəyim dürüst qızasıdırmı? Çünki bu iş çox çətin işdir. M.F.Axundzadə. [Şahnisə xanım:] Axı, ürəyim qızmır, – dedi, – yad ölkə, uzaq yer.. Çəmənzəminli. Hacı ilk dəfə bu məsələni ürəyi qızan adamlara açdı. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qızmaq

I. istilənmək, hərarətlənmək
{ısınmak, hararetlenmek}

II. hirslənmək, hiddətlənmək
{hırslanmak, hiddetlenmek}

III. coşmaq
{coşmak}

IV. inanmaq, xatircəmlənmək
{inanmak, güvenmek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qızmaq

kızmak


Son arananlar: