turklehceleri.org

qız

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qız

is.
1. Qadın cinsindən olan uşaq, övlad. Yusifin Səlimədən başqa bir oğlu və iki qızı var idi. N.Nərimanov. Gəlinlər, qızlar ağır-ağır enib qalxırdılar. Çəmənzəminli.
2. Hədd-büluğa çatmış, lakin hələ ərə getməmiş qadın cinsli cavan. Qızlar, oğlanlar yanaşı oturmuşdular. M.Hüseyn. [Bəşir:] Ana, .. mənə nə bəy və nə də dövlətli tacir qızı lazım deyil, arayıb bir kasıb qızı taparsan. S.S.Axundov. [Buğacın anası] atını məhmizləyib qırx qızla birgə çölə, ovlağa sarı üz qoydu. M.Rzaquluzadə. // Bakirə mənasında. • Qız almaq – evlənmək, evləndirmək. Qız kimi – tərbiyəli, utancaq, məsum, ismətli. Gizli bir eşq var bənzər dənizə; Qız kimi qısılıb ana Təbrizə; Odur ki, çıxmayıb üzə Şahgölü. S.Tahir. Qız köçürmək – qız ərə vermək. Qadınlar toplanıb oynayır, çalır; Qızı köçürməyə az zaman qalır. M.S.Ordubadi. Qız qalmaq – ərə getməmək. Gülpərinin bəd xasiyyəti onun indiyə kimi qız qalmasına səbəb olmuşdu. S.S.Axundov. Qız vermək – birinə qızını verib onunla qohum olmaq. Əmir həzrətləri, siyasətlər əksəriyyətlə qız verib, qız almaq və qohum olmaq əsasında qurulubdur. M.S.Ordubadi. ..Kasıbına mərddi, – dedik; Mərd kasıba qız vermədik. M.Araz.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qız

kız


Son arananlar: