turklehceleri.org

qıymaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qıymaq

I. f. Heyfi gəlməmək, əsirgəməmək; bir şeyi başqasına rəva görmək. Könül rəva görməz səni yad görə; Səni özgəsinə qıyan deyiləm. M.P.Vaqif. [Tükəz:] Sənin evində zəhirmar da tapılmaz; olsaydı onu da qıyıb bizə verməzdin. M.F.Axundzadə. [Sadıq:] Ay zalım oğlu, adam da İskəndər kimi oğlana qıyıb güllə atarmı? Ə.Haqverdiyev.

II. : gözlərini qıymaq – gözlərini yarım yumaraq və kirpiklərini qısaraq baxmaq. Kərim baba iri, sallaq dodaqlarını geniş-geniş açaraq gözlərini daha da qıydı. A.Şaiq. Hesabdar gözlərini qıyıb, üfüqdə iki boy qalxmış günəşə baxdı. M.İbrahimov.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qıymaq

kıymak


Son arananlar: