turklehceleri.org

qırov

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qırov

I. is. Payızın axırlarında soyuqlar düşəndə gecələr yerə, yarpaqlar və s. üzərinə kiçik kristallar şəklində qonan qar kütləsi, şehin donmuş zərrələri. Əgər qışda hava çox soyumuş olsa, şəbnəm dönüb buz olur, yerə düşür ki, ona qırov deyirlər. H.Zərdabi. Atım köpüklənir, atım buğlanır; Donmuş qırov kimi sinəsində tər. S.Vurğun. Üstünü şeh və qırov basmış körpə otlar günəşin işıqları altında parıldayırdı. M.İbrahimov.

II. is. İnsan və heyvanın gözündə əmələ gələn cüzi görməməzlik; göz nöqsanı.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qırov

şeh, şebnem
{yağmur damlaları, şebnem}


Son arananlar: