turklehceleri.org

qurşanmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qurşanmaq

f.
1. qayıd. Belinə qurşaq, kəmər və sairə bağlamaq. [Tükəz:] Yəni sən bu yaraqları qurşanıb, onlar ilə adam qorxudacaqsan? M.F.Axundzadə. Sizin ilə canlanır yeni əsrin həyatı; Qurşandığın silahla parlat bu kainatı. A.Şaiq.
2. məc. Girişmək, başlamaq, qoşulmaq, məşğul olmaq; bir işə həddindən artıq qapılmaq; özünə sənət etmək. [Şəhrəbanı xanım:] Sənin kimi cahıl uşaqlar subay qalmaqdan tamam yaman yollara düşər, oğurluğa, quldurluğa qurşanar. M.F.Axundzadə. Musanın nəvəsi qəzada qalıb, atasının ortağı ilə ticarətə qurşandı. Qantəmir. [Arvadlar] .. oxuyublar, işə girişiblər, kluba, iclasa qurşanıblar. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qurşanmaq

I. bağlamaq
{bağlamak}

II. girişmək, qoşulmaq
{girişmek, koyulmak}


Son arananlar: