qulyabanı
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qulyabanı
is.
1. Xurafatçıların təsəvvürüncə guya tənha çöllərdə, qalın meşələrdə tək qaldıqda adamın gözünə görünən mövhum bir vücud. Əsəd başını yelləyib xortdanın uzun olduğunu təsdiq etdi: – Gördünüzmü, süpürgəsaqqal deyil, qulyabanıdır. B.Talıblı.
2. dan. Çox çirkin, bədheybət, qorxunc görünüşlü adam haqqında. O lap qulyabanıya oxşayır.