qovğa
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qovğa
is.
1. Gurultu, patıltı, çaxnaşma. ..Əsədin bütün kəndə qovğa saldığına və bununla bərabər öz günahını yenə də düşünməməyinə acınıb [müəllim] dodaqlarını çeynəyərək, şəhadət barmağını ona tərəf silkələyib hədələdi. B.Talıblı. // Dava, davadalaş, tutuşma, vuruşma, dalaşma, qalmaqal. Aləmə şuriş salıbdır, fitnəyə, qovğayə bax. Heyran xanım. Gün batdı, hər kəs öz evinə və mənzilinə qayıtdı. Şuriş və qovğa sakit oldu. M.F.Axundzadə. İki qardaş arasında olan didişmələr get-gedə uzandı; axırda bir qovğa şəklini aldı. A.Şaiq.
2. Bəla, müsibət; macəra, hadisə. Bu müşəxxəsdi ki, eşq aşiqə qovğa gətirir. X.Natəvan. [Üçüncü şirazlı:] Bir belə bəlalara düçar olan, başı qovğalar çəkən, əlbəttə, gərək intiqam fikrini başından çıxarmaya. Ə.Haqverdiyev. [Camal bəy:] ..Mərd kişinin başı qovğada gərək, deyərlər. N.Vəzirov.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qovğa
kavga, mücadele
Son arananlar:
- manslayer,
- çınqır,
- sovetləşdirilmə,
- kuyinmoq,
- çilikçilik,
- kamsavod,
- maqtul,
- törətme,
- kəsir,
- parliament,
- stage,
- sapança,
- maşgala,
- place,
- biylemek,
- eýerme,
- materializm,
- Karşıt,
- kargüzarlıq,
- Köödön,
- marav,
- qovğa