turklehceleri.org

kəsir

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

kəsir

I. is. [ər.]
1. Nöqsan, çatışmazlıq, çatışmayan cəhət, şey; naqislik, əgər-əskik. İşdə kəsir çoxdur. Tərbiyə işindəki kəsir. – [Gülzar:] .. Hər şeyim var, şükür Allaha, heç bir zaddan kəsirim yoxdur. S.S.Axundov. Bir nəğmə qoşmadım hələ mən sənə; Dağlar bunu mənə kəsir sanmasın. B.Vahabzadə. // Planın və s.-nin yerinə yetirilməsində natamamlıq, gerilik, naqislik, çatışmazlıq. Tresti kəsirdən qurtarmaq üçün birinci növbədə müşavirə və nitqləri ixtisara salmaq lazımdır. M.Hüseyn. Pambıq planını kəsirdə qoymayacağıq. Mir Cəlal.
2. Zərər, ziyan: çatışmayan hissə, əskik. [Cavahir:] Bikə dedi ki, .. Ağcanın ürəyi sınıqdı. Onun taylarının dörd-beş uşağı var... Sandığım doludu, qızın heç nədən kəsiri yoxdu. İ.Məlikzadə.
3. Kəsirlə şəklində zərf – natamam şəkildə, tam olmayaraq, tələb olunandan az. Tapşırığı kəsirlə yerinə yetirmək.

II. bax. kəsr.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

kəsir

I. nöqsan, qüsur
{noksan, kusur}

II. boşluq, məsafə
{boşluk, mesafe}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

kəsir

kesir


Son arananlar: