turklehceleri.org

qovmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qovmaq

f.
1. Çıxıb getməyə, rədd olmağa məcbur etmək; çıxıb getməsini, rədd olmasını qaba surətdə əmr etmək. Yazıq Hacı Mirzə Həsən ağa, niyə səni qatır üstə mindirib Təbrizdən çıxardıb qovdular? C.Məmmədquluzadə. Kişi məni evdən qovsa, bir gün də dolanmağa taqətim yoxdur. N.Vəzirov. // dan. Çıxarmaq, xaric etmək. İşdən qovmaq. İnstitutdan qovmaq.
2. Bir şeylə, yaxud əl ilə uzaqlaşdırmaq, rədd etmək, çıxarmaq; çıxmağa, dağılışıb getməyə məcbur etmək. Milçəkləri qovmaq. İtləri qovmaq. – Zeynəb gah çiçək yığırdı və gah da qışqıra-qışqıra pərvanələri qovurdu. S.S.Axundov. Əlimdəki dəyənəyimlə iti vura-vura qovdum. A.Şaiq.
3. məc. Qəbul etməmək, geri qaytarmaq, rədd etmək. Gələn qonağı qovmazlar.
4. məc. Fikrindən, xəyalından çıxarmaq, uzaqlaşdırmaq. Pis fikirləri qov getsin.
5. Birinin arxasınca qaçmaq, izləmək, qaçıb getməyə məcbur etmək. Ovu qovmaq. Dovşanı qovmaq. Oğrunu evinəcən qovarlar. – Qəmər arvad kişilərlə bərabər səngərə girib, quldurları gülləyə basmış, əri ilə bir yerdə atları Araza qədər qovmuşdu. Ə.Vəliyev.
6. Vurmaqla, ya səs çıxarmaqla heyvanı iti getməyə məcbur etmək. Atı dördayaq qovmaq.
7. Öz yerindən hərəkət etməyə, bir tərəfə getməyə, qaçmağa məcbur etmək. Qazları həyətə qovmaq. – Günəş yaxın dağlar ucundan doğar; Dumanları dağlara doğru qovar. A.Şaiq. Arvad-uşaq ağacların dibini və çuxurları doldurmuş payız küləyinin o tərəfbu tərəfə qovduğu xəzəli çuvallara yığırdı. M.İbrahimov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qovmaq

I. çıxarmaq, uzaqlaşdırmaq
{çıkarmak, uzaklaştırmak}

II. qaytarmaq
{döndürmek}

III. izləmək
{izlemek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qovmaq

koğmak, kovmak, savmak


Son arananlar: