qonmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qonmaq
f.
1. Yuxarıdan, havadan enərək bir şey üzərində oturmaq, dayanmaq; enmək. Sərçələr söyüd ağacına qondular. – Pendir ağzında bir qara qarğa; Uçaraq qondu bir uca budağa. M.Ə.Sabir. Bir qaya başına qartal qonaraq; Dayanmış yenə də sakit vüqarla! S.Vurğun. Sığırçınlar səhər çağı gələr, budaqlara qonub səslənər, baharın müjdəsini gətirərlər. Mir Cəlal. // Yerə enmək. Təyyarə meydançaya qondu. – Aeroplan çölə qondu. Ə.Məmmədxanlı. // Toz haqqında – çökmək, oturmaq. Paltarına toz qonmaq. Stolun üstünə bir barmaq toz qonubdur. // Cəld oturmaq, əyləşmək, minmək. Qoç Koroğlu qonar olsa yəhərə; Yağı düşmənləri salar qəhərə. “Koroğlu”. Oğlan bir anda [buğanın] başına qonub bıçağını çəkdi, boğazını kəsdi. M.Rzaquluzadə.
2. məc. Çökmək, təzahür etmək, ifadə etmək. Qeyri-adi bir kədər uşağın gözlərinə qonmuşdu. M.İbrahimov. [Qızın] üzünə qonan sevincli bir təbəssüm güzgü kimi Beyrəyin də üzündə əks etdi. M.Rzaquluzadə.
3. məc. Şığımaq, hücumla birinin başının üstünü almaq. Əsgərlərimiz şahin kimi düşmən üzərinə qondular.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qonmaq
I. enmək, düşmək, çökmək, oturmaq
{inmek, düşmek, çökmek, oturmak}
II. minmək, əyləşmək
{binmek, oturmak}
III. şığımaq
{hücum etmek}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qonmaq
konmak
Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)
qonmaq
Konmak. Qush yaghachqa qondi – Kuş ağaca kondu.