turklehceleri.org

qolac

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qolac

is. Qolları hər iki tərəfə açdıqda bir əlin barmaqları ucundan o biri əlin barmaqları ucuna qədər olan məsafə, ara (xalq arasında saylarla birlikdə uzunluq ölçüsü kimi işlənir). İpin uzunluğu beş qolacdır. – Siyah zülfü dal gərdəndə bir qolac; Sona cıqqası tək ucları qıyqac. Q.Zakir. Ucu əşrəfili bulud kimi saç; Dal gərdəndə hər hörüyü bir qolac. M.P.Vaqif. // sif. Uzun mənasında. Xaqanlar başına şeşpər daldıran; Qolac qollar buran qoç Koroğludur. “Koroğlu”. Bəs onun gülər üzü hanı, qolac saçları, dəyirmi sifəti? Mir Cəlal.


Son arananlar: