turklehceleri.org

qeybət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qeybət

is. [ər.]
1. Birinin (özü olmadığı halda) haqqında danışma, yaxud əleyhinə söz söyləmə, dalınca danışma. Məcalı qeybətə olmaz o kəs ki, əhli-sənətdir. S.Ə.Şirvani. Gecəgündüz işi qeybət o cahil qızların, Möcüz! Əgər vaiz qoya məşğul olarlar elm ilə qızlar. M.Möcüz. • Qeybət etmək (eləmək, qırmaq) – birinin (özü olmadığı halda) sözünü danışmaq, haqqında söz söyləmək, dalınca danışmaq. Dalda qeybət, üzdə səna etmərəm; Gizli söyüş, zahir dua etmərəm. M.Ə.Sabir. [Yaqub] ..oyun əsnasında onun mədənində xidmət edən əski mühəndisi haqqında qeybət edərdi. B.Talıblı. Sahildə qızlar, gəlinlər toplanıb onun-bunun qeybətini qırırdılar. M.Hüseyn.
2. Meydanda olmama, qaib olma, qaiblik. Ol gün ki, yox idi məndə qüdrət; Qıldın mənə qeybətimdə rəğbət. Füzuli.


Son arananlar: