qaynatmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qaynatmaq
f.
1. Bir mayeni od üstündə qaynama dərəcəsinə çatdırmaq, qaynama dərəcəsinə çatıncaya qədər qızdırmaq. Südü qaynatmaq. Suyu zərərsizləşdirməkdən ötrü ən sadə və ən əlverişli üsul onu qaynatmaqdır. // İçərisində maye qaynadılan qab haqqında. Samovarı qaynat. Çayniki qaynadıb daşdırmaq. – Yetər samovarı qaynadıb gətirdi. Qantəmir. Uşaq, otağı təmizləməkdə və cihazları qaynadıb yerinə qoymaqda olan anasının ətəyindən tutub dartır.. M.İbrahimov.
2. Bir şeyi qaynar suyun içində bişirmək, yaxud qaynar suyun içində saxlamaq. Boymadərəni qaynadıb suyunu şüşəyə tökdülər. Paltarları yumaqdan əvvəl qaynatmaq. // xüs. Metaldan düzəldilmiş cərrahlıq və başqa tibb alətlərini işlətmədən qabaq od üstündə qaynar suyun içərisində saxlayıb mikrobsuzlaşdırmaq.
3. xüs. Metal parçalarını qızardaraq birbirinə yapışdırmaq, calamaq, bitişdirmək. Baltanın küpünü dəmirçi kürədə qaynadıb ağzı ilə bitişdirdi.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qaynatmaq
I. qızdırmaq
{kızdırmak}
II. çalamaq, bitişdirmək
{bağlamak, birleştirmek}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qaynatmaq
haşlamak
Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)
qaynatmaq
(qaynimaq'tan) Kaynatmak.