turklehceleri.org

qarovul

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qarovul

is.
1. Keşikçi, gözətçi. Qarovul əlində nizə o tərəf-bu tərəfə gedirdi. M.S.Ordubadi. • Qarovul çəkmək – keşik çəkmək, qorumaq. Altıncısı dvornikdir, yəni gecələr həyətə qarovul çəkib, gündüzlər küçələri süpürür. C.Məmmədquluzadə. [İskəndər:] Bu saat sənə bir yoldaş göndərim, növbət ilə qarovul çəkərsiniz. N.Vəzirov. Qarovul qoymaq – keşikçi qoymaq, gözətçi qoymaq. Təqib etmək üçün onlarca adamı qarovul qoymuşdu. M.S.Ordubadi. Qarovulunda durmaq – keşiyində durmaq, qorumaq.
2. Tüfəng lüləsinin ucunda üst tərəfdə nişan almaq üçün kiçicik çıxıntı; arpacıq. • Qarovula almaq – bax. qarovullamaq.
3. Tilov və ya gəmi lövbərinin gözdən yayınmaması üçün, onun ipinə (zəncirinə) bağlanan və suyun üzündə qalan yüngül taxta parçası və s.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qarovul

keşikçi, gözətçi
{güvenlik, bekçi}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qarovul

gözlemek, qarovul


Son arananlar: