turklehceleri.org

qarmaqarışıq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qarmaqarışıq

sif. və zərf
1. Bir-biri üstünə, necə gəldi tökülmüş, bir-birinə qarışmış; qat-qarışıq, nizamsız, qaydasız, tərtibsiz. Qarmaqarışıq kağızlar. Qarmaqarışıq salmaq.
2. Anlaşılmaz, qarışıq, dolaşıq. Qarmaqarışıq yuxu. Qarma-qarışıq iş. – Nizami bu qarmaqarışıq səslər davam etdiyi zaman nə isə Fəxrəddinin qulağına pıçıldadı. M.S.Ordubadi. [Cəvahir] ürəyini qəflətən bürümüş qarmaqarışıq, narahat hisslərdən baş aça bilmirdi. İ.Məlikzadə.
3. Hərc-mərc, pozğun, nizamsız. Qarmaqarışıq vəziyyət. – Düşmən bütün cəbhə boyu qarmaqarışıq bir halda ricətə başlamışdı. M.Hüseyn.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qarma-qarışıq

I. nizamsız, qaydasız, tərtibsiz
{düzensiz, kaidesiz, tertipsiz}

II. anlaşılmaz, dolaşıq
{anlaşılmaz, dolaşık}

III. hərc-mərc, pozgun
{darmadağınık, savruk}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qarmaqarışıq

karmakarışık


Son arananlar: