turklehceleri.org

qara

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qara

I.
1. sif. Bütün rənglərin ən tündü, ən tutqunu; his, kömür rəngi (ağ ziddi). // sif. Bu rəngdə olan. Qara boya. Qara saç. Qara at. Qara kostyum. – [Musanın nəvəsi] qara papağını qoydu, əlinin pəncəsi ilə bir az qabağa basdı. Qantəmir. // sif. Çox tutqun (açıq ziddi). Qara çörək. – Həmin gecə göy üzünü qara buludlar tutub, şiddətli yağmur yağmağa başlayır. S.S.Axundov. Salam .. qara torpaqdan bir xışma götürdü, baxdı. Mir Cəlal. // Obrazlı təşbehlərdə: qaranlıq, tutqunluq (adətən tərkiblərdə işlənir). Gecə qara pərdəsini götürdükdə Cavad yuxudan ayıldı. Ə.Vəliyev. // Qaradərili, dərisinin rəngi qara olan. Qara irq. // İs. mənasında: cəm şəklində: qaralar – qara dərililər, qara irqə mənsub olanlar. Anqola – qaralar ölkəsi, zəncilərin qədim torpağı; Odlar, alovlar içində yanır. R.Rza.
2. İs. mənasında; cəm şəklində: qaralar – şahmat, dama oyunlarında qara rəngli fiqurlar, daşlar. Qaralarla oynamaq.
3. sif. Çirkli, kirli, tünd bir şeyə boyanmış, yaxud adi rənginə nisbətən daha tünd, daha tutqun. Üz-gözü çirkdən qara olub. Kömürçünün qara əlləri. Böyürtkəndən dişlərim qara olmuşdur.
4. is. Yazı, xətt, hərf. Qara tanımaq. Qaraya baxmaq (oxumaq). – Ağlın aparıb, bəs ki baxır gündə qarayə. M.Ə.Sabir. [Molla:] Hə, hə, heç bilmirsiniz ki, onun üstündə mən nə zəhmət çəkmişəm, qaraları bir-bir ona tanıtmışam. H.Sarabski.
5. is. Bir yazının qaralaması, ilk mətni, layihəsi. [Əbülhəsənbəy:] İndi mənə de görüm, rusca yazdığın o intibahnamənin qarasını harada saxlayırsan? M.S.Ordubadi. • Qarasını tökmək (yazmaq) – ilk mətnin layihəsini yazmaq, tərtib etmək. Onlara göndəriləcək məktubun qarasını töküb katibə verdikdən sonra, ancaq Maral evə qayıtdı. Ə.Əbülhəsən.
6. sif. məc. Ağır, mənhus, pis, kədər doğuran, qəm gətirən, qorxulu. Fərman bir yandan belə söyləyirdi, bir yandan da ürəyinə qara fikirlər gəlirdi. Ə.Haqverdiyev. [Məhərrəm] sayıq idi. Pristavın və Səlim bəyin öz haqqında bəslədikləri nifrət və qara fikirləri bilirdi. H.Nəzərli. // məc. Səfalətli, fərəhsiz, sevincsiz, talesiz, bədbəxt, faciəli. Nə bəladır bizə, ya rəb, nə qara gündür bu? Füzuli. [Pərzad:] ..Bayram, mənim dəxi bəxtəvər olmağım getdi; qara gün çox yaxınlaşıbdır. M.F.Axundzadə. Səbəb budur ki, orucluq söhbəti düşəndə mənim yadıma uşaqlığımın qara günləri düşür. C.Məmmədquluzadə. // məc. Əziyyətli, məşəqqətli, çox ağır, mənhus. Ruzigarım qara (z.) keçdiyin məgər; Söyləməyib zülfi-pərişan sənə? Q.Zakir. Qara qış üstümə tökər qarını; Nərgiz gözlərindən məni ayırsan. M.Müşfiq. Nəhayət, o qara qış çıxmış, yenə də yaz gəlmişdi. Ə.Məmmədxanlı.
7. sif. məc. Cinayətkar, mənfur, mürtəce, fitnəkar. İrticanın qara qüvvələri. – Biz ədibin [Nərimanovun] hər cür qara qüvvələrə, irticaya, zülmə, cəhalətə qarşı qəzəblə coşan qəlbini, nifrətlər yağdıran qələmini duyuruq. M.Arif.
8. is. Yas, matəm mənasında. Fələk qoymaz qaradan çıxsın ol sərvi-güləndamı. S.Ə.Şirvani. Könlüm yasdan çıxdı, qəlbim qaradan; Gülə-gülə bu həvəsdə xoş gəldin! Aşıq Ələsgər. • Qara bayram – bir şəxsin ölümünün ilk bayrama təsadüf etdiyi gün. Qara geymək, qara bağlamaq – yaslı olmaq, yas saxlamaq. Qarə geydim, dağə batdım, saxlaram matəm hənuz. S.Ə.Şirvani. Bu gün Təbriz şəhəri iki böyük matəm üçün qara geyinmişdir. M.S.Ordubadi. Qara xəbər – səfərdə olan bir adamın ölüm xəbəri. Qara xəbər el-obanı dolandı; Əsgəranda Qoç Nəbini vurdular. B.Vahabzadə. Qara kağız – ölüm xəbəri gətirən məktub. Bu günlər qara kağızı gəldi qonşumuzun; Anasına oxuyanda kağızı; arvad birdən qocaldı; ağardı qaşları da. R.Rza.
9. Qoşulduğu sözlərə mənfilik, mənhusluq, məşumluq mənası verir. Qara qayğı. Qara dərd. – [Mədinə] şair, – dedi, – üzündən bir duman keçdi, qaş-qabağın bulud kimi sallandı... Canımı qara qeyd aldı... Amma axırı yaxşı oldu, üzünə yenə gün doğdu. Çəmənzəminli.
10. sif. köhn. Cəmiyyətin yuxarı siniflərinə mənsub olmayan, istismar olunan; adi, avam. Dəli Ozan qobuzunu çomaq kimi əlinə alıb .. bəylər cərgəsindən keçib qara camaatın içinə qarışdı. M.Rzaquluzadə. [Əbdüləli bəy:] Doğrudur, şəriət ancaq avam adamlar üçündür, qara camaat üçündür. C.Cabbarlı. [Qədir] özünü kütlədən, yəni qara camaatdan ayırmaq üçün həmişə hamı deyənin ziddinə getdi. Mir Cəlal.
11. sif. Qədim Rusiyada: dövlətə məxsus olan, dövlətin ixtiyarında olan, öz xüsusi mülkiyyəti olmayan. Dövlətə məxsus .. torpaqlarda yaşayan kəndlilərə “qara kəndlilər” və ya “qara xışlılar” deyirdilər.
12. sif. köhn. İxtisası olmayan, ixtisas tələb etməyən, ağır işdə işləyən; adi. [Nadir] haman yerdə 15 il irəli qara işçi idi. B.Talıblı. [Bayram] əvvəllər neft mədənində qara fəhlə idi. M.Hüseyn.
13. is. Dəyərsizlik, əhəmiyyətsizlik, heçlik mənasında. [Hacı Bayram:] Ərz elədim ki, bir qara qəpik də verməyəcəyəm. Ə.Haqverdiyev.
14. is. Bəzi bitki və heyvan adlarının tərkib hissəsi kimi. Qara darı. Qara istiot. Qara gavalı. Qara qarışqa. ‣ Qara basmaq – qorxulu yuxu görmək, yaxud gözünə qorxulu şeylər görünmək, xəyalına qorxulu şeylər gəlmək, vahimə basmaq. Məni qara basırdı. Sanki balkona baxan camların dalısında yüzlərcə adam durmuşdu. M.S.Ordubadi. Müəllim on yaşında sadə ürəkli və heç şeydən xəbəri olmayan bir uşağın sözünə inanmayaraq, “səni qara basıb”, – deyə cavab verdi. B.Talıblı. Qara bayraq çəkmək (açmaq) – matəm əlaməti olaraq qara bayraq qaldırmaq, asmaq. Ki nagah bir qara bayraq açıldı dar ağacında; Yazılmış onda bir xətti-müsibətzayi-hürriyyət. M.Ə.Sabir. Qara birja – qeyri rəsmi, gizli birja. Qara güruh – ifrat irticaçı, talançı təşkilat və bu təşkilatın üzvləri. [Saran:] O qara güruhun içində it yiyəsini tanımır. M.Hüseyn. Qara qarışqa kimi – həddən çox, saysız-hesabsız. Xalq qara qarışqa kimi küçələrdə gəzir. Qara qızıl məc. – neft. Qara qızıl çıxartdı yerin yeddi qatından; “Nədir bunun qiyməti?” sormadılar heç ondan. B.Vahabzadə. Qara pul – mis pul. Əvvəl gümüş idim sərraf əlində; Sərrafdan ayrıldım, qara pul oldum. Molla Cümə. [Kişi:] Mən sənə hamam pulu verməkdən yoruldum, – deyə pul kisəsini çıxarır, [iyirmi qəpik] qara pul çıxardıb arvadına verərdi. H.Sarabski. Qara su – 1) içməyə yaramayan, içməli olmayan sərt su. Belə dayazdan çıxan suya kənd arasında “qara su” deyirlər. Hamınız bilirsiniz ki, qara su olan yerdən naxoşluq əskik olmaz. Ə.Haqverdiyev; 2) dan. gözün tutulması ilə nəticələnən göz xəstəliyi. [Sona xanım:] Mənim də gücüm öz canıma gəlir, başıma vurmaqdan az qalıb gözlərimə qara su ensin. Ə.Haqverdiyev; 3) almaz və brilyantın qaramtıl şölə verən növü. Qara vermək – 1) özünü gözə çarpdırmaq, göstərmək, olduğunu hiss etdirmək. Sən burada qara ver, mən bu saat gəlirəm. – Əvvəlcə onlardan bir nəfəri itlərə qara vermiş, iki nəfəri girəvələrdə dayanmış, .. xan da dərə yuxarı sürüyə sürünmüşdür. S.Rəhimov; 2) özünü işləyən kimi göstərmək. Qara yaxmaq – böhtan atmaq, ləkələmək. Əla oxuyan, hörmət qazanan bir tələbəyə nə ad qoyub, nə qara yaxasan? Mir Cəlal. Qara yuxu olmaq – 1) bərk yuxulamaq, ayılmamaq; 2) ölmək.

II. is. Yer kürəsinin torpaqla örtülü hissəsi; torpaq (su qarşılığı). Qarada və suda. Qara qüvvələri.

III. is. Plov üzərinə, yanına qoyulan xuruş. Aşın qarası azdır. qara... – bəzi mürəkkəb sözlərin birinci tərkib hissəsi; məs.: qarasaç, qaragöz, qaragün.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qara

I. torpaq
{toprak}

II. məsələ, xuruş
{mesele, sorun}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qara

kara, siyah

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

qara

Kara, siyah. Tüm qara – Tüm kara. Qéniq qara – Tüm kara. Qap-qara – Kapkara. Qara bulutlar – Kara bulutlar. Qara chachliq – Siyah saçlı. Qara qash – Kara kaş. Qara qashliq – Kara kaşlı. Qara közlük – Kara gözlü. Qara ish – Amele işi. Qara hizmet – Amele işi. Qara at – Siyah at. Qaraqashqa – Siyah benek. Qara toruq – Koyu kırmızı. Qazangha yoluqsang qarisi yuqar – Kazana değinsen karası bulaşır. Yiraqta bir qara köründi – Uzakta bir şey göründü. Qarigha almaq – Hedefe almak; nişanlamak. Qara tutmaq – Yas tutmak. Qara örük – Erik kurusu. Qara öy – Keçe çadır, göçebe çadırı. Qara ishchi – Amele, hademe. Qara ilan – Siyah yılan. Qara boran – Fırtına. Qara bughday – Çavdar. Qara tal – Söğüt. Qara janggal – Koyu orman. Qara xet – Ölüm haberi; birisinin ölümünden haber veren mektup. Qara chilan topa – Kara toprak. Qara ter – Cok ter. U qara terge chüshti – O çok terledi. Qara terge chüshürmek – Çok terletmek. Qara sulu – Çim. Qara sona – Devedikeni. Qara qarighay – Akçam, köknar. Qara yaghach – Karağaç, karaağaç. Köz karisi – Göz bebeği. Qara qotaz – Bir tür deve. Qara küch – Kaba kuvvet. Qara guruh – Koyu gerici ekip. Qara guruhchi – Koyu gerici. Qara mal – Büyük baş hayvan. Aq-qarini tonughan – Aydın, anlayışlı, bilgili. Ichi qara – İçi kara; kötü niyetli. Bexting qara bolmisun! – Bahtlı ol! Qara soghaq – Ayaz. Qara niyet – Karaniyet, kötü niyetli. Yüzi qara – Yüzü kara, alçak, namussuz. Yörigi qara – Namussuz, dürüst olmayan. Köngli qara – Namussuz, dürüst olmayan. Qara basmaq – Sayıklamak, hezeyan etmek. Qara basqur! – Lanet olsun! Qarangni körsetmeysen? – Neredesin, görünmüyorsun? Qara qilmaq – Karalamak. Qara yuqturmaq – Karaya bulaşmak; karalanmak. Qara künler – Kara günler. Qara seherde – Sabahın köründe.


Son arananlar: