qaniçən
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qaniçən
sif. Zalım, qəddar, rəhmsiz, vəhşi. Simaca kafir, qaniçən, talançı və cəsur olan bu tayfa [hun tayfası] .. hədsiz zülmlər etmişlər. A.Bakıxanov. ..Daşqəlbli qaniçən qazaqlar .. zavallı işçiləri bacardıqca qılıncdan keçirirdilər. S.S.Axundov. // İstismarçı, qansoran, tüfeyli. // İs. mənasında. [Fərman:] ..Ağa Mirzə Əhməd də canavarların, qaniçənlərin böyüyüdür. Ə.Haqverdiyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qaniçən
zalım, qəddar, rəhmsiz, vəhşi
{zalim, gaddar, acımasız, vahşi}