qabarıq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qabarıq
sif.
1. Qabarmış, şişmiş, səthi hamar olmayan. Qabarıq şüşə. Qabarıq naxış. // is. Şiş, çıxıntı, ur.
2. sif. və zərf məc. Nəzərə çarpacaq halda, çox aydın. Tehran qabarıq bir təzad içərisində öz adi həyatını yaşayırdı. M.İbrahimov. Aləmi qatı toz dumanı bürüdü. Qaçay, yolun sinəsindən qabarıq dalğalanan bu ağ-sarımtıl örtüyün içində itdi. İ.Məlikzadə. Melodiya musiqi sənətinin bünövrəsi və onun ən qabarıq bir şəkildə eşidilən əsas cəhətidir. Ə.Bədəlbəyli.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qabarıq
şişkin, qalxıq
{şişkin, kabarık}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qabarıq
engebe