qabaqda
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qabaqda
zərf
1. İrəlidə, qabaq tərəfdə. Qabaqda oturmaq. • Qabaqda gedən – 1) irəlidə gedən; 2) məc. yol göstərən, başçılıq edən, rəhbərlik edən. Qabaqda getmək – 1) hamıdan irəlidə getmək; 2) məc. rəhbərlik etmək, yol göstərmək.
2. Gələcəkdə, irəlidə. Qabaqda işlərimiz çoxdur. Qabaqda böyük məsələlər var.
3. Cəm şəklində yerlik halında: qabaqlarda – keçmişdə, keçmiş zamanlarda, əvvəllərdə. [Məşədi İbad:] ..arvad ərindən nə qədər kötək yesə bir o qədər ərin çox istəyər. Mən bunu qabaqlarda çox təcrübə eyləmişəm. Ü.Hacıbəyov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qabaqda
I. irəlidə, əvvəldə
{ileride, önde}
II. irəlidə, gələcəkdə
{ileride, gelecekte}