pər
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
pər
is. [fars.]
1. Quş tükü.
2. Qanad (klassik ədəbiyyatda çox vaxt “pərü bal” şəklində işlənmişdir). Bilməm bu qəfəsdə nola halım; Sındırdı bəla pər ilə balım. Füzuli. Mənim şahinim də pərü balını; Gərir üfüqlərə ehtişam ilə. M.Rahim. • Pər açmaq (vurmaq) – qanad açmaq, qanad çalmaq, uçmaq. Simurq göydə pər vurub, nər kimi nərildəyirdi. (Nağıl).
3. bax. qanad 4-cü mənada. Suyun şəffaflığından dənizin dibi görünürdü: məxmər kimi yaşıl yosun, xırda və iri daşlar, üz-üzə pərlərini geniş açıb oynaşan balıqlar.. M.Süleymanov.
4. Müxtəlif maşın və qurğuların fırlanan hissəsi, qanadı. Yeldəyirmanın pəri. Ventilyatorun pəri. Təyyarənin pəri. – Dəyirman pərləri elə fırlanır ki, görmək olmur. Mir Cəlal. // Dəyirman çarxının üzərinə su tökülüb hərəkətə gətirilən hissəsi. Novdan lülələnib çıxan qüvvətli su qocanın qayırmış olduğu bir cüt dəyirman daşının pərinə çırpılırdı. S.Rəhimov.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
pər
pervane