turklehceleri.org

püstə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

püstə

is. [fars.]
1. bot. Qışda yarpağı tökülən, quraqlığa davamlı, qabıqlı meyvə gətirən subtropik ağac. Bağçanın ortasında tək bir püstə ağacı vardı. M.Hüseyn. Ovalıqların bəzi yerlərində kiçik püstə meşəlikləri tərkib etibarilə olduqca müxtəlifdir. M.Qaşqay.
2. Həmin ağacın bərk və şəffaf qabıqlı ləpəsi olan yaşılımtıl meyvəsi. Püstə ləpəsi. – Üst qabıqdan ayrılan şirmayı kimi zərif ağ qabıqlı püstələr yerə düşüb diyirləndi. M.Rzaquluzadə. // məc. Adətən şeirdə gözəlin ağzı, dodaqları püstəyə oxşadılır. Ey yanağı lalə, ləbləri püstə; Ağzı nabat, şəkkərzəban, bəri bax! M.P.Vaqif. Mən demədim sənə: “Ay ağzı püstə! Havadır oylağın, yerdir vətənin”. S.Vurğun.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

püstə

şam fıstığı


Son arananlar: