turklehceleri.org

piyada

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

piyada

[fars.] zərf
1. Miniklə deyil, ayaqları ilə. Piyada yola düşmək. Piyada yollanmaq. – Faytonu xanım bir az kənarda saxlatdı, qapıya qədər piyada getmək istədi. Çəmənzəminli. [Səkinə:] Yox, Əlabbas, sən sür, mən piyada gedəcəyəm. H.Seyidbəyli.
2. sif. Ayaqla gedilən, ayaqla icra edilən. Piyada marş. Piyada kross.
3. is. Miniklə yox, öz ayaqları ilə gedən adam. Piyadalar üçün keçid. Küçədə piyadaların gediş-gəlişini tənzim etmək. – Sən atlısan, mən piyada; Öldürəcək bu qəm məni! Aşıq Ələsgər.
4. is. Piyada hərəkət edən və döyüşən qoşun növü. Piyadada xidmət etmək. // is. Həmin qoşun növündə xidmət edən əsgər. İrəlidə piyadalar çarpışır. H.Nəzərli. Piyadalarımız Üçtəpəyə iki kilometr qalmış dayandı. Ə.Vəliyev.
5. is. Şahmat oyununda dəyərcə ən aşağı fiqur. Piyada ilə oyuna başlamaq. Piyadanı uduzmaq. – Şahmatda hər bir oyunçunun bir şahı, iki vəziri, iki topu, iki fili, iki atı və səkkiz piyadası olur.
6. məc. sif. Kəmsavad, azsavadlı, bilik cəhətdən çox kasıb. Piyada adam. – [Xəlil Şahmara:] Yaxşı, yaxşı, elə sən də mənim kimi piyadasan, çox da qürrələnmə. M.Hüseyn. ‣ Piyada çəyirtkə zool. – adi çəyirtkədən kiçik, qanadsız çəyirtkə.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

piyada

yaya, yayan


Son arananlar: