pillə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
pillə
is. [fars.]
1. Pilləkənin çıxarkən və ya düşərkən ayaq qoyulan üfüqi hissələrindən hər biri. Ləman ucadan gülüb, bir neçə pillə qalxdı və Teymura sarı döndü. H.Seyidbəyli. // Cəm şəklində: pillələr – pilləkən. [Usta Ağabala] ..pillələr ilə aşağı endi və alçaq qapını taqqıltı ilə açıb girdi hamama. Çəmənzəminli. İşıqlı mərmər pillələrlə yer altına enirik.. M.İbrahimov. Çatıb evə, pillələri; Birnəfəsə çıxır Reyhan. M.Dilbazi. // məc. İnkişafın dərəcəsi, mərhələsi. Təmərküzləşmənin yüksək pilləsi. – İnkişafın aşağı pilləsində olan bir xalqın təşkilatı dağınıq, ictimai həyatı naqis olur. M.İbrahimov. // məc. Mərtəbə, səviyyə, dərəcə. Yarməmməd çoxdan hesabdarlıqdan bir pillə yuxarı qalxmaq fikrində idi. M.İbrahimov.
2. Hissə. Raket bir neçə pillədən ibarətdir. pillə-pillə zərf
1. Pillələri bir-bir çıxaraq və ya düşərək. Pilləkəni pillə-pillə çıxmaq.
2. Mərtəbə-mərtəbə. Qayalıqlı dağın ətəyində pillə-pillə salınmış kəndin bomboz evləri ətrafdakı boz qayalıqdan seçilmirdi. M.Rzaquluzadə.
3. məc.Tədricən, yavaş-yavaş.Ucalırıq pilləpillə; Boy atırıq qarış-qarış. B.Vahabzadə.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
pillə
dərəcə
{derece}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
pillə
basamak, kademe, merci