turklehceleri.org

parçalamaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

parçalamaq

f.
1. Parça-parça etmək, tikə-tikə doğrayıb, kəsib paralamaq; doğramaq. Kağızı parçalamaq. – Köpək madyanın alt dodağını dartıb parçaladı. S.S.Axundov. // Bütöv bir şeyi kəsmək, bölmək, doğramaq. Əti parçalamaq. // Məc. mənada. [Şamil] uzaqdan-uzağa alman əsgərini görəndə .. birbaş irəli atılıb onu dırnaqları ilə parçalamaq istəyirdi. M.Hüseyn. // Dişi ilə kəsik-kəsik etmək, parça-parça etmək, dağıdıb tökmək, öldürmək. Canavar qoyunu parçalamışdı. – [Kərim baba:] ..Bir gün eşitdim ki, kəndin yaxınlığında pələng üç inək parçalamışdır. A.Şaiq. // Məc. mənada. İncə bir riqqət Rübabənin könlünü parçaladı. Mir Cəlal.
2. Bir neçə hissəyə ayırmaq, bölmək.
3. xüs. Tərkib hissələrinə, elementlərinə ayırmaq. Kimyəvi reaksiya nəticəsində suyu parçalamaq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

parçalamaq

I. dağıtmaq, öldürmək
{dağıtmak, öldürmek}

II. öldürmək
{öldürmek}

III. şaqqalamaq, bölmək, ayırmaq
{ikiye ayırmak, bölmek, ayırmak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

parçalamaq

parçalamak, ufalamak


Son arananlar: