turklehceleri.org

oyunbaz

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

oyunbaz

is.
1. Gülməli oyunlar çıxarıb başqalarını güldürən adam; hoqqabaz, oyun çıxaran, masqaraçı. Adamlar özlərinə məzəli təlxək, oyunbaz, ya dəli düzəldib əylənir, meydançanı, bazarı yeni gülüşmə götürürdü. S.Rəhimov.
2. Keçmişdə ruhanilərin və mürtəcelərin artistlərə verdikləri təhqirli ad. [Səməd Oqtaya:] [Ananı] yasxanalara buraxmırlar ki, oğlun oyunbazdır, arvad tumanı geyir. C.Cabbarlı.
3. məc. Fırıldaqçı, hiyləbaz, kələkbaz. [Həsən:] Bu oyunbazların əlindən nələr çəkmişəm, onu bir tək mən bilirəm. Ə.Haqverdiyev. [Əhməd:] Nədən ötrü məni axtarırsan, ay hiyləbaz, kəndirbaz, oyunbaz, kəkilbaz? N.Vəzirov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

oyunbaz

hoqqabaz, təlxək, kələkbaz
{hokkabaz, soytarı, düzenbaz}


Son arananlar: